İrakli Çikovani - fövqəladə vəziyyət 22 may da daxil olmaqla qüvvədə olacaq və 23 mayda ləğv olunacaq
İrakli Çikovani - fövqəladə vəziyyət 22 may da daxil olmaqla qüvvədə olacaq və 23 mayda ləğv olunacaq

Fövqəladə vəziyyət 22 may da daxil olmaqla qüvvədə olacaq və 23 mayda ləğv olunacaq, – bu barədə Gürcüstanın baş nazirinin məsləhətçisi, mətbuat katibi, İrakli Çikovani bəyan etdi.

Başqa məhdudiyyətlərin yüngülləşdirilməsinə gəldikdə, İrakli Çikovaninin dediyinə görə, hər bir məhdudiyyət üzərində koordinasiya şurası müzakirə aparacaq və şuranın imkanı olan kimi, məhdudiyyətlər mərhələ şəklində aradan qaldırılacaq.

“Bu gün səsləndirilən qərar, onunla əlaqədardır ki, 22 maydan sonra, Gürcüstanın bütün ərazisində fövqəladə vəziyyət və komendant saatı olmayacaq. Bu onu nəzərdə tutur ki, məhdudiyyət 22 may saat 00:00-a qədər qüvvədə olacaq və məhdudiyyət 23 mayda ləğv olunacaq. Başqa məhdudiyyətlərin yüngülləşdirilməsinə gəldikdə, hər bir məhdudiyyət üzərində koordinasiya şurası hökumət, epidemioloqlar və tibb işçilərinin iştirakı ilə müzakirə aparacaq və imkanı olan kimi, məhdudiyyətlər mərhələ şəklində aradan qaldırılacaq”, – Çikovani bəyan etdi.