İrakli Beraiya - Cənubi Qafqaz və Qara Dəniz bölgəsində Rusiyadan gələn hərbi təhlükələr barəsində əhəmiyyətli komitə dinləməsi keçirildi
İrakli Beraiya - Cənubi Qafqaz və Qara Dəniz bölgəsində Rusiyadan gələn hərbi təhlükələr barəsində əhəmiyyətli komitə dinləməsi keçirildi

Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri, İrakli Beraiyanın bəyan etdiyinə görə, Cənubi Qafqaz və Qara Dəniz bölgəsində Rusiyadan gələn hərbi təhlükələr barəsində əhəmiyyətli komitə dinləməsi keçirildi.

“Biz ümumiyyətlə aqressor dövlətin hərbi imkanları, onların təchizatları, silahlanması, bu sialhlanmanın növləri, raket sistemləri, suüstü və sualtı üzən vasitələri, Cənubi Qafqaz və Qara Dəniz bölgəsində keçirdikləri hərbi təlimləri barəsində söhbət etdik. Bu rus hərbi imkanları barəsində çox maraqlı və məlumatlandırıcı dinləmə idi.

Əhəmiyyətlidir ki, komitə dinləməsi çərçivəsində həmçinin Gürcüstan hərbi qüvvələrinin bu təhlükələrin azaldılması, qarşınının alınması üçün beynəlxalq partnyorların dəstəyi ilə əhəmiyyətli və effektli addımlar barəsində məlumat dinlədik”, – beraiya bəyan etdi.