İrakli Antidze - Erqneti görüşündə mümkünlüyü müzakirə etdik ki, Zaza Qaxeladzenin ziyarəti üçün Sxinvaliyə ailə üzvlərinin səfəri baş tutsun
İrakli Antidze - Erqneti görüşündə mümkünlüyü müzakirə etdik ki, Zaza Qaxeladzenin ziyarəti üçün Sxinvaliyə ailə üzvlərinin səfəri baş tutsun

Dövlət Təhlükəsizliyi Xidmətinin İnformasiya-analitika Departamentinin direktoru müavini, İrakli Antadzenin bəyan etdiyinə görə, Erqnetidə insidentlərin prevensiyası və onlara münasibət qrupunun bugünkü iclasının əsas mövzusu qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşlarının azad edilməsi idi.

Bununla yanaşı, Antidzenin dediyinə görə, mümkünlüyü müzakirə etdilər ki, Zaza Qaxeladzenin ziyarəti üçün Sxinvaliyə ailə üzvlərinin səfəri baş tutsun.

“Bu günki görüşün əsas mövzusu qanunsuz yaxalanan Gürcüstan vətəndaşlarının azad olunması məsələsi idi, o cümlədən Zaza Qaxeladzenin məsələsi də. Bu məsələ çox prinsipal olaraq irəli sürüldü. Həmişə olduğu kimi, buna bizim beynəlxalq partnyorlarımız tərəfindən qəti dəstək var idi. Sonralar konsultasiyalar var idi və bu mərhələdə deyə bilərəm ki, bu konsultasiyalar davam edir. Bundan başqa mümkünlüyü müzakirə etdik ki, Zaza Qaxeladzenin ziyarəti üçün Sxinvaliyə ailə üzvlərinin səfəri baş tutsun. Ümid edirəm yaxın gələcəkdə bu tarix məlum olacaq. Sonrakı proseslərə gəldikdə, detallar barəsində danışa bilmərəm ki, prosesə ziyan dəyməsin”, – Antidze qeyd etdi.