İraq həbsxanasında olan Gürcüstan vətəndaşının uşaqlarını Gürcüstana gətirdilər

İraq həbsxanasında olan Gürcüstan vətəndaşının uşaqlarını Gürcüstana gətirdilər.

İraqdan gələn uşaqları hava limanında Ədliyyə Naziri öz uşağı ilə bərabər qarşıladı.

25 yaşlı Gürcüstan vətəndaşının faciəli talehi barədə məlumatı Ədliyyə nazirinə Gürcüstanın İraqdaki səfiri – Gia Tabatadze bir il öncə vermişdi.

İraq məhkəməsi tərəfindən, 1993-cü il təvəllüdlü Gürcüstan vətəndaşına, terorizmlə ittiham edilən şəxsin həyat yoldaşı olduğuna görə, ömürlük həbs cəzası verilib.

Terorizmlə ittiham edilən şəxs öldürüldü, onun həyat yoldaşına isə, sadəcə terorizmlə ittiham edilən şəxsin həyat yoldaşı olduğuna görə, ömürlük həbs cəzası verildi.

İraq həbsxanalarında eyni vəziyyətdə müxtəlif ölkələrdən gedən minlərlə qadın uşaqları ilə birlikdə yaşayırlar. Onların arasında sadəcə bir Gürcüstan vətəndaşı var.

Onun uşaqlarının tezliklə Gürcüstanan gətirilməsinin səbəbi odur ki, yaşları artıqca, onları həbsxanadan çıxardıb, yerli uşaq evlərinə göndərəcəklər.

2018-ci ilin mayın 23-də, Ədliyyə naziri Bağdadın qadınlar həbsxanasına şəxsən getdi və həbs olunan qadından övladlarını Gürcüstana göndərib-göndərmək istəmədiyini öyrəndi.

Həmin səfər çərçivəsində, Gürcüstan və İraqın Ədliyyə nazirləri uşaqların Gürcüstana göndərilməsi və analarının ömürlük həbs qərarının yenidən baxılacağı haqqında razılaşdılar.

Uşaqların Gürcüstana gətirilməsində UNICEF və ICRC təşkilatları iştirak edirdilər.