İnquşetiya paytaxtında aksiya dayandırıldı
İnquşetiya paytaxtında aksiya dayandırıldı

​İnquşetiya paytaxtında, Maqasda nümayişçilər etiraz aksiyasını dayndırdılar. Etiraz aksiyaları oktyabrın 31-də bərpa olunacaq və noyabrın 2-dək davam edəcək. Maqasda etiraz aksiyaları iki həftə ərzində davam edirdi. İnqeşetiya və Çeçenistan arasında inzibati sərhədin təsdiq olunması barəsində müqaviləyə qarşı sanksiyalaşdırılmış aksiyaların müddəti bu gün tükəndi.

Aksiyanın təşkilati komitəsinin nümaynədəsi, Ahmed Baraxovun bəyanatına görə, mitinqçilər qərar verdilər ki, qanunu pozmasınlar və müvəqqəti dayansınlar.

Xatırladaq ki, oktyabrın 4-də, İnqeşetiya bölgə parlamenti, İnquşetiya-Çeçenistan sərhədinin dəyişdirilməsini nəzərdə tutan razılaşmanı dəstəklədi. Elə həmin günü razılaşmanı İnqeşetiya lideri imzaladı.