İnfeksiya Xəstəxanasında yeni koronavirusdan 24 pasiyent müalicə olunur
İnfeksiya Xəstəxanasında yeni koronavirusdan 24 pasiyent müalicə olunur

İnfeksiya Xəstəxanasına son 24 saat ərzində iki yeni pasiyent yerləşdirdilər.

Müvafiq olaraq, bokslaşdırılmış şöbədə hazırda 24 virusa yoluxan pasiyent müalicə olunur.

“Pasiyentlərin ümumi vəziyyəti orta və yüngüldür. Hazırda ağır olan pasiyentimiz yoxdur. Son 24 saat ərzində iki pasiyent daxil edildi, hər ikisini karantin məkanından gətirdilər. Biri Gürcüstan, biri isə, Ermənistan vətəndaşıdır”, – Gürcüstanın Birinci Kanalına bokslaşdırılmış şöbənin rəhbəri, Marina Endeladze bəyan etdi.