İnfeksiya Xəstəxanasında yeni koronavirusdan 24 pasiyent müalicə olunur, onların vəziyyəti əsasən orta və yüngüldür
İnfeksiya Xəstəxanasında yeni koronavirusdan 24 pasiyent müalicə olunur, onların vəziyyəti əsasən orta və yüngüldür

Tbilisi İnfeksiya Xəstəxanasına dünən koronavirusun artıq təsdiq olunmuş diaqnozu ilə bir yeni pasiyent yerləşdirildi.

Söhbət ölkəyə Azərbaycandan daxil olan yük avtomobilinin sürücüsündən gedir.

Bununla yanaşı, klinikanın tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, daha bir pasiyent sağaldı və bu vaxt üçün klinikada cəmi 24 koronavirusa yoluxan pasiyent müalicə olunur.

Marina Ezuqbaiya açıqlayır ki, pasiyentləri vəziyyəti əsasən orta və yüngüldür.