İnfeksiya Xəstəxanasında bəyan edirlər ki, Mamuka Xazaradze onların klinikasında müalicə olunmur
İnfeksiya Xəstəxanasında bəyan edirlər ki, Mamuka Xazaradze onların klinikasında müalicə olunmur

Mamuka Xazaradze İnfeksiya Xəstəxanasına yerləşdirilməyib, – bu barədə Gürcüstanın Birinci Kanalına İnfeksiya Xəstəxanasının Patologiya, QİÇS və Kliniki İmmunologiya Mərkəzində bəyan etdilər.

Mərkəz qeyd olunan açıqlamanı Mamuka Xazaradzenin feysbuk postundan sonra verdi. Postda siyasətçi bəyan edir ki, İnfeksiya Xəstəxanasında müalicə olunur.

Klinikada bəyan edirlər ki, qeyd olunan postdan sonra onlara bir çox vətəndaş zəng edərək bəyan etdi ki, İnfeksiya Xəstəxanası sıravi vətəndaşların qəbuluna rədd cavabını verir, Mamuka Xazaradze üçün isə, bir “imtiyazlı” pasiyent kimi, yer tapıldı.

“Qətiyyətlə bəyan edirik ki, bizim üçün bütün pasiyentlər eynidirlər və hamısını bir cür, eyni qaydlaynla müalicə edirik. Bizim üçün imtiyazlı pasiyentlər yoxdur. Bu mərhələdə klinikamızda bütün yerlər dolub və pasiyentləri qəbul edə bilmirik. Pasiyentlər evə buraxıldıqda və yerlər boşaldıqda, həmin an klinikamızda müalicəyə ehtiyacı olan istənilən vətəndaşı qəbul edə bilərik”, – İnfeksiya Xəstəxanasında bəyan edirlər.