İnfeksiya xəstəxanasına yenə üç pasient gətirildi, hansılar Milan, Siçiliya və İranda idilər
İnfeksiya xəstəxanasına yenə üç pasient gətirildi, hansılar Milan, Siçiliya və İranda idilər

Tbilisi infeksiya xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın bəyanatına görə, hazırda infeksiya xəstəxanasında 10 pasient var. Onlardan üçü bu gün gətirildi və test nəticələrini gözləyirlər.

“Xəstəxanada olan 10 pasientdən sadəcə birində koronavirus aşkarlandı. Həmçinin, bu gün gətirilən pasientlər var və onların test cavablarını gözləyirik.

İnfeksiyaya yoluxan pasient İrandan gəlirdi.  İlk başda, həmin pasientin heç bir klinik xəstəlik işarələri və sağlamlıqla bağlı narahatçılığı yox idi, ancaq riskli şəhərdən gəldiyinə görə, nəzarət altına alındı və yoxlanışdan sonra infeksiya aşkarlandı” – dedi Marina Ezuqbaia.

Marina Ezuqbaianın dediyinə görə, Siçiliyadan, Milandan və İrandan gələn pasientlərin qrip simptomları var idi və buna görə, onlar dərhal infeksiya xəstəxanasına gətirildilər.

Xəstəxana direktoru onu da qeyd etdi ki, Abastumanidə, karantində olan 12 pasient də sağlamdır, ancaq müvəqqəti olaraq, müşahidə altındadırlar.