İndoneziyada sunami nəticəsində həlak olanların sayı 168-ə çatdı

İndoneziyada sunami nəticəsində həlak olanların sayı 168-ə çatdı. Məlumatı yerli hakimiyyət təsdiq edir. 745 insan müxtəlif xəsarətlər alıb. Onların bir hissəsi xətəxanaya yerləşdirilib.

Evlər uçub, yollar zədələnib, əkin-səpin sahələrini su basıb.

Sosial şəbəkədə yayılan videolardan birində, sunaminin bağlı səhnəni necə dağıtdığı görünür. Musiqiçiləri güman edildiyinə görə, su apardı. Qrupun üzvlərindən biri və meneceri həlak oldu. Daha üç nəfər itkin düşmüş hesab olunur.

Hazırda xilasedicilər və humanitar təşkilatların nümayəndələri ikin düşənləri axtarırlar. Güclü təbii fəlakət İndoneziyada dünən gecə baş verdi.