İndoneziya həbsxanasından 250 məhbus qaçıb
İndoneziya həbsxanasından 250 məhbus qaçıb

İndoneziya həbsxanasından 250 məhbus qaçıb. Bu barədə məlumatı BBC yayır.

Böyük Britaniyanın İctimai Yayımçısının məlumatına görə, hadisə Qərbi Papua əyalətində, kütləvi qarışıqlıq zamanı baş verib.

Demonstrantlar regionun bir neçə şəhərində küçələrə çıxdılar.

Onlar avtomobil yollarını bağladılar, binalara hücum etdilər və atəş açdılar.

Hücum edilən yerlər arasında həbsxana da var idi və elə o müddətdə məhbuslar həbsxanadan qaçdılar.

İndoneziyada aktivistlər Surabai şəhərində yaşayan studentin həbs edilməsini etiraz edirlər.

Xatırladaq ki, həbs edilən gənc ölkə bayrağını təhqir etməkdə ittiham olunur.

Papua əyalətində demonstrasiyaların yaxın günlərdə də davam etməsi planlaşdırılıb. Ona görə də, mərkəzi iqtidar regiona əlavə polis qüvvələri göndərib.