İmmiqrantlar, mən sizin üçün oxuyacam - Oto Nemsadze gürcü mühacirlərini dəstəyə doğru çağırır (video)

2019-cu ilin Avroviziya Mahnı Müsabiqəsində Gürcüstan nümayəndəsi, Oto Nemsadze videomüraciət yayır və gürcü mühacirlərini dəstəyə doğru çağırır.

“Gürcüstan sərhədləri xaricində yaşayan gürcülər, sizi salamlayıram. Sizdən xahiş etmək istəyirəm ki, ölkəmizə birgə dəstək olaq. Bu il Gürcüstanı Avroviziyada təmsil edirəm və sizin dəstəyiniz ən önəmlidir. Mən sizin üçün oxuyacam”, – Oto Nemsadze meraciətində deyir.

Oto Nemsadze festivalın ilk yarımfinal şousunda, mayın 14-də, 11 nömrə ilə çıxış edəcək. Gürcüstan üçün Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San Marino, İsrail, Fransa və İspaniyada yaşayan gürcülər səs verə bilrlər.