İmeretidə quldurluq - DİN məlumat yayır
İmeretidə quldurluq - DİN məlumat yayır

Daxili İşlər Nazirliyinin məlumatına görə, İmereti, Raça-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin əməkdaşları, keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində, mütəşəkkil cinayətkar qrupunun üzvləri, Azərbaycanın iki vətəndaşını: 1988-ci il doğumlu R.A. və 1973-cü il doğumlu H.A.-nı, quldurluq ittihamı ilə, Tercola rayonunun Broliskedi kəndində yaxaladı.

“İstintaq müəyyənləşdirdi ki, cari ilin dekabrın 1-də, Xaraqauli rayonunu Sakasriya kəndində N.M. və A.M.-ya, “BMV” markalı avtopmobil ilə Tbilisidən Batumi istiqamətinə hərəkət edərkən, odlu silahla silahlanmış 5 nəfər hücum etdi. Hücumçular 140 min ABŞ dolları, mobil telefonu və başqa əşyaları əllərindən alaraq hadisə yerindən gizləndilər.

Hüquqmühafizəçilər, isti izlə keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində, mütəşəkkil cinayətkar qrupunun üzvlərinin hamısını müəyyənləşdirdi. Müəyyən olundu ki, mütəşəkkil cinayətkar qrupunun üç üzvü Gürcüstan, ikisi isə Azərbaycan vətəndaşıdır. İlkin məlumata görə, hər ikisi, tanınmış kriminal avtoritet, üzdəniraq qanuni oğru N.S.-nin (Qulunun) qruplaşmasının fəal üzvləridirlər.

Hüquqmühafizəçilər, mütəşəkkil cinayətkar qrupunun üzvlərini R.A. və H.A.-nı, baş verənlərin sabahsı, Tercola rayonunun Broliskedi kəndində yaxaladı. Polis yaxalanların üst başını yoxlayarkən, qaçırılmış məbləğin bir hissəsini, 90 min ABŞ dollarını dəlil kimi götürdü. Qrupun digər üzvlərinin yaxalanması üçün perativ-axtarış və istintaq tədbirləri davam edir”, – DİN-də bəyan edirlər.

İstintaq, böyük miqdarda pulun mənimsənilməsi məqsədi ilə mütəşəkkil cinayətkar qrupu tərəfindən quldurluq maddəsi ilə aparılır (GCM-nin 179-cu maddəsinin ikinci hissəsinin “b” müddəası və üçüncü hissəsinin “q” müddəsə).