İlham Əliyev - Gürcüstanın baş nazirinin Bakıya səfəri onu təsdiqləyir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir
İlham Əliyev - Gürcüstanın baş nazirinin Bakıya səfəri onu təsdiqləyir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir

Gürcüstanın baş nazirinin Bakıya səfəri onu təsdiqləyir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir, – Birinci Kanalın Bakıda olan jurnalistinin verdiyi məlumata görə, bu bəyanatı Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüş zamanı verdi.

İlham Əliyev qeyd etdi ki, əsrlər boyu gürcü və azərbaycan xalqları sülh və dostluq atmosferində yaşayırlar.

İlham Əliyevin dediyinə görə, ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər lazımdır.

“Bilirəm ki, Gürcüstanda böyük investisiya iqlimi mövcuddur. Sevinirəm ki, Azərbaycan Gürcüstanda ən iri investrolardan biridir. Bugün biz regional əməkdaşlıq daxil olmaqla, bir çox önəmli məsələyi müzakirə edəcəyik. Səfəriniz uğurlu olsun” – dedi İlham Əliyev.

Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana rəsmi səfəri bugün başladı.