İlham Əliyev qismən hərbi səfərbərlik sərəncamını imzaladı
İlham Əliyev qismən hərbi səfərbərlik sərəncamını imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə məlumatı “Trend” agentliyi yayır.

Agentliyin məlumatına görə, sərəncamda qeyd edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

Buna qədər Azərbaycan və Ermənistanda müharibə vəziyyəti elan edildi. Tərflər münaqişənin gərginləşməsində bir birlərini təqsirləndirirlər. Döyüş əməliyyatları Ermənistan və Azərbaycan arasında 27 sentyabrda, səhər başladı.