İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi
İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi

Azərbaycan prezidenti, İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan prezidenti təbrikində iki ölkə arasında tarixi mehriban qonşuluq və dostluq əlaqələrini xüsusilə qeyd edir və Gürcüstanın baş nazirinə uğurlu fəaliyyət arzulayır.

“İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”, – Gürcüstanın baş nazirinin Azərbaycan Respublikasından aldığı İlham Əliyevin təbrik məktubunda deyilir.