İlham Əliyev - əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan qovacağıq
İlham Əliyev - əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan qovacağıq

Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan qovacağıq, – bu barədə Azərbaycan prezidenti, İlham Əliyev İran nümayəndə heyəti ilə görüşü zamanı bəyan etdi.

“Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb”, – İlham Əliyev bəyan etdi.

İlham Əiyevin dediyinə görə, bir neçə saat bundan əvvəl Bərdə şəhərinə bir neçə raketlə atəş açılmışdır və atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı.

Azərbaycan prezidenti Ermənistanı həmçinin, atəşkəs rejiminin üçüncü dəfə pozulmasında günahlandırır.