İlham Əliyev - Türkiyə və Azərbaycan arasında əlaqələr bütün dünya üçün nümunəvidir
İlham Əliyev - Türkiyə və Azərbaycan arasında əlaqələr bütün dünya üçün nümunəvidir

Türkiyə və Azərbaycan arasında əlaqələr bütün dünya üçün nümunəvidir, – bu barədə Azərbaycan prezidenti, İlham Əliyev “TRT Haber” türk teleşirkəti ilə müsahibəsi zamanı bəyan etdi.

“Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu – kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliyimiz əbədi olmalıdır”, – Əliyev bəyan etdi.

Müsahibəsi zamanı Azərbaycan prezidenti Fransa prezidentini sərt tənqid etdi. Əliyevin dediyinə görə, o, Emmanuel Makrondan üzr istəməsini ona görə tələb etdi ki, Fransa prezidenti Azərbaycana yanlış ittihamlar irəli sürdü.

“O, dedi ki, Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə terrorçuları gətirib. Onun açıqlamasında bu, var. Ondan sonra bir açıqlamasında demişdir ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Dağlıq Qarabağ bizim torpağımızdır. Bir dövlət öz torpaqlarını fəth edə bilərmi? Ona görə Fransa özü-özünü artıq bu bərabər üçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik”, – Azərbaycan prezidenti bəyan etdi.

Şərh yaz