İkinci İlliya - narkotiklərin istifadəsinə icazənin verilməsi millətə qarşı düşmənçilikdir
İkinci İlliya - narkotiklərin istifadəsinə icazənin verilməsi millətə qarşı düşmənçilikdir

Əminəm ki, marixuana haqqında qərar qəbul edənlərin özləri razı deyillər, lakin təziq o qədər böyük idi ki, qərar qəbul etməyə məcbur oldular, –  bu barədə İkinci İliya bəyan etdi.

Elə onun dediyinə görə, narkotiklərin leqallaşdırılması millətə qarşı düşmənçiliyə bərabərdir.

“Çətin dövrdə yaşayırıq. İnsanlar yaxşı və pisi, qara və ağı seçməli olur. Əgər insan mömindirsə və tanrı qorxusu varsa, pis və yaxşını asan seçə bilər. Son zamanlar Gürcüstana çaxnaşma daxil oldu. Bu narkotiklərin istifadəsinə icazənin verilməsi ilə bağlıdır. Bu böyük səhfdir. Unutmamalıyıq ki, narkotiklər bir səviyyədə qalmır. Vaxt keçdikcə insanın təbiəti daha ağır narkotiklərin qəbulunu tələb edir. Unutmayın ki, narkotiklərin istifadəsinə icazənin verilməsi millətə qarşı düşmənçiliyə bərabərdir. Əminəm ki, marixuana haqqında qərar qəbul edənlərin özləri razı deyillər, lakin təziq o qədər böyük idi ki, qərar qəbul etməyə məcbur oldular”, – İkinci İliya bəyan etdi.