İkinci İliya - Tanrının xeyir-duası ilə, Müqəddəs Nino Gürcüstanı tərk etmir
İkinci İliya - Tanrının xeyir-duası ilə, Müqəddəs Nino Gürcüstanı tərk etmir

Ninooba bayramı ilə bağlı, Bütün Gürcüstanın Katakikos-Patriarxı, Pak və Müqəddəs İkinci İliya Sioni Kafedral Məbədində Ata Şio ilə birlikdə ibadət dua mərasimini keçirdi.

İkinci İliya məbədə toplaşanları və bütün Gürcüstanı Ninooba bayramı münasibətilə təbrik etdi.

“Bu böyük bayram münasibətilə hamınızı təbrik edirəm.

Abxaziyada olduğum dövrü xatırlamaq istəyirəm. Orada, dini xadimlər fəaliyyət göstərirdilər. Tez-tez şəhərə gəlirdilər və fəaliyyətləri barəsində danışırdılar. Onlardan biri bəyan etdi ki, Müqəddəs Nino ona göründü və bəyan etdi ki, mən Gürcüstanı tərk etməmişəm. Tanrının xeyir-duası ilə, Müqəddəs Nino Gürcüstanı tərk etmir.

Hamımız onun Gürcüstana gəlməsinə təəcüblənirik, lakin unutmamlıyıq ki, hər şey Tanrının xeyir duası ilə baş verir.

Mənim qardaşım, Teymuraz xəstə olarkən, İrakli buraya gəl dedi, getdim və mənə bildirdi ki, bax, bizə kim gəlib, Məqəddəs Ninodur gələn”, – İkinci İliya bəyan etdi.