İkinci İliya seçkiqabağı dini şəxslərə müraciət edir -kilsəyə və özünüzə xələl gətirməyin
İkinci İliya seçkiqabağı dini şəxslərə müraciət edir -kilsəyə və özünüzə xələl gətirməyin

Kilsə və özünüzə xələl gətirməyin – Bütün Gürcüstanın Katalikos-Patriarxı, Pak və Müqəddəs İkinci İliya dini şəxslərə bu cür müraciət edir.

“Təəssüflər olsun ki, seçkilərin yaxınlaşması ilə əlaqədar, bəzi dini şəxslər siyasi məzmunlu bəyanatlar verirlər. Bütün dini şəxsləri bu cür  bəyanatların verilməsindən tərəddüd etməyə çağırıram. Onlara xatırlatmaq istəyirəm ki, kilsə həmişə siyasi baxımından neytral idi və neytral olacaq və kilsəyə və özünüzə xələl gətirməyin”-  Patriarxın müraciətində deyilir.