İkinci İliya - çox hallar var ki, analar ailəni tərk edirlər, işə gedirlər, iş lazımdır, lakin ən öncəsi uşaqların böyüdülməsidir, Tanrının istəyi ilə, hər bir ana öz borcunu yerinə yetirə bilsin
İkinci İliya - çox hallar var ki, analar ailəni tərk edirlər, işə gedirlər, iş lazımdır, lakin ən öncəsi uşaqların böyüdülməsidir, Tanrının istəyi ilə, hər bir ana öz borcunu yerinə yetirə bilsin

Çox hallar var ki, analar ailəni tərk edirlər, işə gedirlər, iş lazımdır, lakin ən öncəsi uşaqların böyüdülməsidir, Tanrının istəyi ilə, hər bir ana öz borcunu yerinə yetirə bilsin, – bu barədə Bütün Gürcüstanın Katalikos-Patriarxı, Pak və Müqəddəs İkinci İliya həftəlik ibadət-dua mərasimi zamanı bəyan etdi.

Partiarx möminləri Mariyam Maqdalinelinin bayramı münasibəti ilə təbrik etdi və ana rolu barəsində danışdı.

“Bu gün biz ana rolu və əhəmiyyəti barəsində düşünürük. İsa Peyğəmbəri xaça asarkən, havariləri onu tərk etdilər. Mariyam Maqdelineli xaçın yanında dururdu. Bu onun nümunəsidir ki, hər bir qadın, ana və bacı nə qədər sədaqətli fəaliyyət göstərməlidir. Çox hallar var ki, analar ailəni tərk edirlər, işə gedirlər, iş lazımdır, lakin ən öncəsi uşaqların böyüdülməsidir, Tanrının istəyi ilə, hər bir ana öz borcunu yerinə yetirə bilsin”, – Patriarx qeyd etdi.