İkinci İliya - gürcü istedadlı şəxsiyyətləri dəyərləndirmir, inkar edir, onlarla mübarizə aparır, istedadlı insanlara dəstək olmalıyıq
İkinci İliya - gürcü istedadlı şəxsiyyətləri dəyərləndirmir, inkar edir, onlarla mübarizə aparır, istedadlı insanlara dəstək olmalıyıq

Gürcü istedadlı şəxsiyyətləri dəyərləndirmir, inkar edir, onlarla mübarizə aparır, istedadlı insanlara dəstək olmalıyıq, – bu barədə Bütün Gürcüstanın Katalikos-Patriarxı, Pak və Müqəddəs, İkinci İliya bəyan etdi.

İkinci İliya Sameba Kafedral Məbədində ibadət dua mərasimi zamanı insanın əhəmiyyətindən danışdı.

“Heç düşünübsünüzmü yer üzündə ən dəyərlisi nədir? Bəzi hesab edir ki, bu zənginlikdir, bəzi puldur, lakin ən dəyərlisi elə insanın özüdür. Unutmayın. İliya Çavçavadzenin – vətən, dil, din sözlərini mən başqa cür ifadə etdim, Tanrı, vətən və insan.

Bu gün bir daha demək istəyirəm ki, insan, istedadlı insan tarixi yaradır. İnsanın qayğısına qalmalıyıq. Gürcü istedadlı şəxsiyyətləri dəyərləndirmir, inkar edir, onlarla mübarizə aparır, istedadlı insanlara dəstək olmalıyıq. Unutmayın ki, insansız yür kürəsi heçnədir. Buna görə, övladlarınızın, valideynlərinizin qayğısına qalın. Ana və atanıza hörmət edin. Ata-anaya hörmət böyük istedaddır”, – İkinci İliya bəyan etdi.