İkinci İliya Ermənistan səfiri ilə görüşdü
İkinci İliya Ermənistan səfiri ilə görüşdü

Bütün Gürcüstanın Katalikos-Patriarxı, İkinci İliya Ermənistan səfiri, Ruben Sadoyan ilə görüşdü. Məlumatı Gürcüstan Patriarxlığı yayır.

“Cari ilin 7 oktyabrında Ermənistanın Gürcüstandakı səfirinin təşəbbüsü ilə, Bütün Gürcüstanın Katalikos-Patriarxı ilə görüş baş tutdu. Qısa müddətli söhbət zamanı o, Qarabağ bölgəsində mövcud duruma toxundu.

Gürcüstan kilsəsi tərəfdən görüşdə Ata Şio, Ata Teodore, Katalikos-Patriarxın katibi, Mikael Botkoveli və Patriarxlığın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andriya Cağmaidze iştirak edirdilər.

Bütün Gürcüstanın Katalikos-Patriarxı hər iki tərəfdən həlak olanlara görə kədərləndiyini ifadə etdi və qeyd etdi ki, münaqişənin tezliklə başa çatması və sülh üçün dua edir”, – Patriarxlığın bəyanatında deyilir.