İkinci İliya - düşünürəm, xalqımız prezidentin andiçmə mərasimini layiqincə qarşılayacaq, ilk hadisədir ki, xanım prezident seçilir
İkinci İliya - düşünürəm, xalqımız prezidentin andiçmə mərasimini layiqincə qarşılayacaq, ilk hadisədir ki, xanım prezident seçilir

Gələn həftə prezidentin andiçmə mərasimidir, düşünürəm, xalqımız bu mərasimi layiqincə qarşılayacaq, – bu barədə Bütün Gürcüstanın Katalikos-Patriarxı, Pak və Müqəddəs İkinci İliya həftəlik ibadət dua mərasimi zamanı bəyan etdi.

İkinci İliyanın qeyd etdiyinə görə, o, əmindir ki, gürcü xalqı o qədər alçalmaz ki, qisas alsın və ya bir-birinə pislik etsin.

“Prezident seçkiləri zamanı keçdiyimiz dövr imtahan idi. Millətimiz bir çox mənfi tərəfini aşkar etdi. Tez tez eşidilirdi ki, səslər oğurlandı. Bu səsləri ki, Salome Zurabişvili oğurlamayıb, biz oğurlamadıqmı? Yenə də bizim qüsurumuzdur. Seçkilərdə bir səslə də artıq götürən, artıq qalibdir. Buna görə, hamıdan, hökumət nümayəndələrindən, müxalifətdən xahiş etmək istəyirəm bir-birinizi təhqir etməyin. Əminən ki, gürcü xalqı o qədər alçalmaz ki, qisas alsın və ya bir-birinə pislik etsin. Düşünürəm, xalqımız prezidentin andiçmə mərasimini layiqincə qarşılayacaq, ilk hadisədir ki, xanım prezident seçilir”, – İkinci İliya bəyan etdi.