İkinci İliya - 2018-ci il ağır idi, 2019-cu il xoşbəxtlik və sevinclə dolu olsun
İkinci İliya - 2018-ci il ağır idi, 2019-cu il xoşbəxtlik və sevinclə dolu olsun

Pravoslav kilsəsi bu gün müqəddəs kralın, Davidin xatirəsi gününü qeyd edir.

Bütün Gürcüstanın Katalikos-Patriarxı, Pak və Müqəddəs İkinci İliya ibadət dua mərasimindən sonra, Müqəddəs David barəsində söhbət etdi.

“Bu günki gün münasibəti ilə hər birinizi təbrik edirəm. Bu gün müqəddəs kralın, Davidin xatirəsi gününür. Mən bu gün onun barəsində danışmaq istəyirəm. O, bizim üçün ən yaxındır. Biz, hər gün onun zəburlarını oxuyuruq. Onun həyatı xüsusilə əhəmiyyətlidir. O, kral olarkən çox gənc idi. Onun bu ağır yola çıxdığı zaman 30 yaşı var idi və 40 il ərzində İsrailin birləşdirilməsi üçün hər şeyi edirdi. Ümümiyyətlə deyilməlidir ki, 40 rəqəmi sirr ilə dolu rəqəmdir. Nəyə görə bu cür olduğunu, dəqiqliklə deyə bilmərik”, – İkinci İliya qeyd etdi.

Bütün Gürcüstanın Katalikos-Patriarxı keçən ilə barəsində də danışdı.

“Bu gün biz, keçən ili yola salırıq. Demək olar ki, 2018-ci il ağır idi, Tanrının istəyi ilə 2019-cu il bizim üçün, Gürcüstan üçün və bütün dünya üçün xoşbəxtlik və sevinclə dolu il olsun. Baxmayaraq ki, bu il ağır idi, biz Tanrıya minnətdarlığımızı bildiririk”, – İkinci İliya bəyan etdi.