İkinci İlia - Yanğın sadəcə Fransanın deyil, bütün dünyanın orta əsrlik gözəlliyini məhv etdi
İkinci İlia - Yanğın sadəcə Fransanın deyil, bütün dünyanın orta əsrlik gözəlliyini məhv etdi

Bütün Gürcüstanın Katolikos-Patriarxı, Pak və Müqəddəs İkinci İlia, Fransa prezidenti Emanuel Makrona və Roma Papası Fransiskə, Parisdə, Notr-Damda baş verən yanğınla bağlı məktub göndərdi.

“Dünən Parisin Məryəm Ana kilsəsində baş verən yanğınla bağlı dərin üzüntülərimizi bildirmək istəyirik. Bu çox böyük bir itkidir, ancaq ümid edirəm ki, o tez bir zamanda bərpa ediləcək. Dualarımızla sizinləyik” – deyilir Patriarxın məktubunda.

Parisin Notr-Damında yanğın dünən baş verdi. Yanğın nəticəsində, Notre Dame kilsəsinin taxta qüləsi yandı, ancaq kilsənin strukturası tamamən yox olmaqdan xilas edildi.

Həmçinin, əsas relikviyalar, İsus Xristosun dikənli tacı və müqəddəs Luinin tunikası yanğından xilas oldular.