İkinci İlia İtaliya prezidentinə baş sağlığı məktubu göndərdi
İkinci İlia İtaliya prezidentinə baş sağlığı məktubu göndərdi

Bütün Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia, İtaliyanın Genua şəhərində həlak olanlara görə, İtaliya prezidenti Serco Matarelaya başsağlığı məktubu göndərdi.

“Cənab prezident, Genua şəhərində körpünün dağılması nəticəsində, bir çox insanın həyatını alan faciəyə görə dərin üzüntülərimizi bildiririk.

Ölənlərin ailələrinə tanrıdan səbr verilməsi üçün və həlak olanların ruhlarının şad olması üçün dualar edəcəyik. Baş sağlığımızı qəbul edin. İtalyan xalqına baş sağlığı və səbr diləyirik.

Dərin hörmətlə, Gürcüstanın Katolikos-Patriarxı” – deyilir məktubda.

Faciə Genua şəhərində avqustun 14-də baş verdi.

Son göstəricilərə görə, 39 nəfər həlak olub.