İkinci İlia - Düzdür, Tanrının iradəsi olmadan heçnə olmur, amma biz yenə də, insanların həyatlarını qorumaq üçün daha çox qayğı göstərməliyik
İkinci İlia - Düzdür, Tanrının iradəsi olmadan heçnə olmur, amma biz yenə də, insanların həyatlarını qorumaq üçün daha çox qayğı göstərməliyik

Bütün Gürcüstanən Katalikos-Patriarxı, Pak və Müqəddəs İkinci İlia, Tkibuli faciəsi ilə bağlı baş sağlığı məktubu yayır.

Başsağlığı məktubu Gürcüstan Patriarxlığının veb-səhifəsində yayılıb.

“Tkibuli şaxtasında altı nəfərin ölümünə səbəb olan ağır faciəyə görə ürəyimizin ağrısı böyükdür. Əlbətdə ki, tanrının iradəsi olmadan heçnə olmur, amma biz yenə də, insanların həyatlarını qorumaq üçün daha böyük qayğı göstərməliyik. Ağır faciədə həlak olanların ruhlarına dua edirik” – deyilir məktubda.

Xatırladaq ki, dünən Tkibuli şəhərində, Mindeli adına şaxtada baş verən qəza nəticəsində altı nəfər həlak oldu, üçü isə, ağır yaralandı.

Hadisə ilə bağlı istintaq aparılır.

Hökümət qərarı ilə 6 aprel Gürcüstanda matəm günü elan edildi.