İctimai Yayımçının yeni binasının ilk mərhələsinin tikinti işlərinin tenderində qalıb şirkət aşkar olundu
İctimai Yayımçının yeni binasının ilk mərhələsinin tikinti işlərinin tenderində qalıb şirkət aşkar olundu

İctimai Yayımçının yeni binasının ilk mərhələsinin – infrastruktur və memarlıq işlərini MMC “Daqi” yerinə yetirəcək.

Tenderdə qalib gələn şirkətlə on iş günü ərzində dövlət satınalmaları barəsində müqavilə imzalanacaq.

Müqavilənin imzalanmasına qədər tenderdə qalib gələn şirkət, müqavilənin yerinə yetirilməsini təmin edən bank zəmanətini təqdim etməlidir. Müqavilənin ümumi dəyəri 43 636 020 laridir.

İctimai yayımçı Tbilisidə, Anna Politkovskaya N31-də yeni binanın tikintisinin ilk mərhələsinin, infrastruktur və memarlıq işlərinin yerinə yetirilməsi barəsində dövlət satınalmaları məqsədilə elektron tenderi (NAT200008305) 2020-ci il 9 iyunda elan etdi.