İctimai Yayımçı və Tbilisi Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı
İctimai Yayımçı və Tbilisi Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

İctimai Yayımçı və Tbilisi Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı. Memorandumu Tbilisi Dövlət Universitetində bu gün imzaladılar.

Memoranduma əsasən, Gürcüstanın Birinci Kanalı tələbələrin təhsil motivasiyasının artırılmasını nəzərdə tutan tele-radio mütəxəssislərinin hazırlanması və peşəkar təhsilə imkanların yaradılması məqsədilə, Tbilisi Dövlət Universitetinin sosial və siyasi elm fakültəsi ilə fəal əməkdaşlıq edəcək.

“Ali məktəblərlə fəal əməkdaşlığı planlaşdırırıq. Tbilisi Dövlət Universiteti ilə əməkdaşlıq memorandumunu imzaladıq. yaxın gələcəkdə tələbələrə müxtəlif beynəlxalq treniqnlərə qoşulma imkanlarını yaradacağıq. Bu özəl, eləcə də dövlət universitetləri tələbələrinə aiddir”, – Gürcüstanın Birinci Kanalının baş direktoru, Tinatin Berdzenişvili bəyan etdi.

Tbilisi Dövlət Universiteti rektoru, Giorgi Şarvaşidzenin dediyinə görə, təcrübəyə əsaslanan təhsil onların tələbələri üçün uğurlu olacaq.