İctimai sorğuya əsasən, Britaniya əhalisinin bir hissəsi hesab edir ki, ölkə Avropa İttifaqını razılaşmasız tərk etməlidir
İctimai sorğuya əsasən, Britaniya əhalisinin bir hissəsi hesab edir ki, ölkə Avropa İttifaqını razılaşmasız tərk etməlidir

Britaniyada “Deili Teleqraf” -ın sifarişi ilə keçirilən sosiyoloji tədgiqata əsasən, əhalinin böyük hissəsi hesab edir ki, Britaniya Avropa İttifaqını razılıq almadan tərk etməlidir.

Sorğulananların 46% i hesab edir ki, Avropa İttifaqı ilə razılaşmadan ittifaqdan çıxmaq ölkə iqtisadiyyatı üçün ilk başda ağır ola bilər, ancaq daha uzun müddətli perspektivdə, bu addımın ölkə üçün daha müsbət nəticələri olacaq.

Sorğulananların 40 faizi hesab edir ki, Breksit təxirə salınmalıdır.

Xatırladaq ki, Böyük Britaniyanın palatası Breksitin üç ay müddəti ilə təxirə salınmasını dəstəklədi.

Baş nazir Tereza Mey tərəfindən təqdim edilən plan parlamentin dəstəyini heç bir dəfə də ala bilmədi.

Nəticədə ölkə, ittifaqı razılaşmadan tərk etmək riski qarşısında durur.

Şərh yaz