İctimai məktəblərdə tədris prosesi yanvarın 15-dən davam edəcək
İctimai məktəblərdə tədris prosesi yanvarın 15-dən davam edəcək

Təhsil Nazirliyinin məlumatına görə, ictimai məktəblərdə tədris prosesi yanvarın 15-dən davam edəcək.

Nazirlikdə qeyd edirlər ki, Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rekomendasiyası ilə, bu mərhələdə qrip virusuna görə, məktəblərdə təhsil prosesinin təxirə salınması üçün əsas yoxdur.

Nazirliyin məlumatına görə, tətil müddəti məkdəblərdə dezinfeksiya işlərinin aparılması üçün istifadə edildi və həmçinin, məktəb həkimlərinə, qrip virusunun prevensiya tədbirləri üçün müvafiq rekomendasiyalar verildi.