İdlibdə Suriya hökumət qüvvələrinin iki hərbi təyyarəsini vurdular
İdlibdə Suriya hökumət qüvvələrinin iki hərbi təyyarəsini vurdular

Türkiyə Suriya hökumət qüvvələrinə məxsus iki hərbi təyyarəni vurdu, – bu barədə məlumatı Suriya dövlət mediası yayır. “SANA” agentliyinin məlumatına görə, iki təyyarəni İdlibdə vurdular, pilotlar katapultasiya edə bildilər.

Öz növbəsində, Türkiyə Müdafiə Nazirliyi bəyan edir ki, İdlibdə Suriya hakimiyyətinin Su-24 tipli iki qırıcısı məhv edildi. Bununla yanaşı, Türkiyə hakimiyyəti qırıcıların kim tərəfindən vurulduğunu konkretləşdirmir.