Hürriyet - Türkiyə hakim partiyası yeddi nazirliyin ləğv edilməsini planlaşdırır
Hürriyet - Türkiyə hakim partiyası yeddi nazirliyin ləğv edilməsini planlaşdırır

İyunun 24-də planlaşdırılmış seçkilərdən sonra, Türkiyə hakim partiyası yeddi nazirliyin, o cümlədən Avropa İttifaqı ilə əlaqələr nazirliyinin ləğv edilməsini planlaşdırır. Bu barədə məlumatı Hürriyet nəşri yayır.

Nəşrin məlumatına görə,  Avropa İttifaqı ilə əlaqələr nazirliyinin vəzifəsini Xarici İşlər Nazirliyini yerinə yetirəcək.

Türk mətbuatı məlumat yayır ki, hakim partiya qeyd olunan planı Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəldiyi təqdirdə həyata keçirəcək.

Bir neçə gün bundan əvvəl nitqlə çıxış edərkən Ərdoğan qeyd etdi ki, hökumətin effektliliyinin artırılması məqsədi ilə, nazirliklərin sayının 24-dən 14 və 15-ə qədər azaldılması lazımdır.

İyunun 24-də Türkiyədə vaxtından əvvəl prezident və parlament seçkiləri keçiriləcək.