Hüquqmühafizəçilər Borcomi merini və Sakrebulo sədrini həbs etdilər
Hüquqmühafizəçilər Borcomi merini və Sakrebulo sədrini həbs etdilər

Mövcud olan məlumata görə, Borcomi şəhərinin meri Levan Lipartia və Sakrebulonun sədri Giorgi Qogiçailşvili, ehtimala görə,rüşvət almaq ittihamı ilə həbs ediliblər.

İlkin məlumata görə, Lipartia və Qogiçaişvili Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Dövlət Təhlükəsizliyi Xidmətində bu haqda məlumatı hələ nə təsdiqləmirlər, nə də təkzib etmirlər.