Hüquq Komitəsinin sədrinin birinci müavini olaraq Qedevan Popxadzeni seçdilər
Hüquq Komitəsinin sədrinin birinci müavini olaraq Qedevan Popxadzeni seçdilər

Gürcüstan Parlamentinin Hüquq Komitəsi sədrinin birinci müavini olaraq Qedevan Popxadzeni seçdilər. Popxadze komitənin sədri vəzifəsini yerinə yetirəcək.

Komitənin sədri Eka Beseliya Hüquq Komitəsi sədrliyinə üç namizədi təqdim etdi – Qedevan Popxadze, Levan Qoqiçaişvili və Ruslan Poğosiyanı.

Səsvermə zamanı Qedevan Popxadze altı, Levan Qoqiçaişvili beş,  Ruslan Poğosiyan isə, bir səs topladı.

Səsvermədə “Avropa Gürcüstanı”-nın üzvləri iştirak etmirdilər.

Eka Beseliya Hüquq Komitəsi sədri vəzifəsini dekabrın 27-də tərk etdi.