Hüquq Komitəsində konstitusiya dəyişikliklərini ikinci dinləmə ilə müzakirə edəcəklər
Hüquq Komitəsində konstitusiya dəyişikliklərini ikinci dinləmə ilə müzakirə edəcəklər

Gürcüstan Parlamentində konstitusiya dəyişikliklərinin müzakirəsi davam edir. Seçki sisteminə ediləcək dəyişiklikləri Hüquq Komitəsinin iclasında ikinci dinləmə ilə müzakirə edəcəklər.

Məlum olduğu kimi, qanunlayihənin təsdiq olunması üçüncü dinləmə ilə, gələn həftə, Parlamentin növbədənkənar iclasında baş verəcək.

136 səslə Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini ilk dinləmə ilə dünən qəbul etdi. Səsvermədə müstəqil deputatlar və “Milli Hərəkatdan” başqa müxalif fraksiyalar iştirak etdilər.