Hollandiyada son 24 saat ərzində koronavirusun 10 343 yeni halı aşkar edildi, 26 pasiyent vəfat etdi
Hollandiyada son 24 saat ərzində koronavirusun 10 343 yeni halı aşkar edildi, 26 pasiyent vəfat etdi

Hollandiyada son 24 saat ərzində koronavirusun rekord göstəricisi, 10 343 yeni halı qeydə alındı.

Məlumatı “Qardian” Hollandiya Səhiyyə Nazirliyinə istinad edərək yayır. Bir gündə ölkədə 26 insan vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Hollandiyada koronavirusun 301 mindən artıq halı təsdiq olunub, 7 072 pasiyent vəfat edib.