Holandiyalı jurnalist Jeroen Akersman - Biz həqiqət üçün və Qoridə ölənlər üçün mübarizəmizi davam edəcəyik
Holandiyalı jurnalist Jeroen Akersman - Biz həqiqət üçün və Qoridə ölənlər üçün mübarizəmizi davam edəcəyik

Strasburqda “Gürcüstan Rusiyaya qarşı” davasının məhkəmə iclasında, 2008-ci ildə, Qoridə “İskander” partlayan zaman xilas olan Holandiyalı jurnalist Jeroen Akermans da iştirak edirdi. Partlayış zamanı həlak olan da onun operatoru Stan Storimans idi.

Akermans prosesin başa çatmasından sonra gürcü jurnalistlərinə müsahibə verdi və bildirdi ki, Rusiya Federasiyası həqiqətin ciddəyitini dərk etmir.

“Onlar təqdim edilən bütün dəlillərin saxta olduğunu bəyan edirlər, bu da onu göstərir ki, Rusiya tərəfi həqiqəti ciddi qəbul etmir. Rusiya nümayəndələrinin çıxşları məni çox təəcübləndirdi. Biz həqiqət üçün və Qori şəhərinin mərkəzində ölən insanlar üçün mübarizəmizə davam edəcəyik” – dedi Akermans.