Hökumətin qərarı ilə, sabahdan Tbilisidə marşrut taksilərinin hərəkəti qadağan edilir
Hökumətin qərarı ilə, sabahdan Tbilisidə marşrut taksilərinin hərəkəti qadağan edilir

Sabahdan Tbilisidə marşrut taksilərinin hərəkəti qadağan edilir, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya bəyan etdi.

“Şura qərar qəbul etdi ki, sabahdan marşrut taksilərinin hərəkəti qadağan edilsin. Bu, yayılmanın ocağıdır. Müvafiq olaraq şəhərdə meriyanın nəqliyyatı, həmçinin metro qalacaq. Onlara tapşırıq verildi ki, nəqliyyat hər gün dezinfeksiya edilsin”, – Qaxariya bəyan etdi.