Hökumət tərəfindən təhrik olunmuş təzminatı alanların qeydiyyatı bu gündən başladı və bir iyula qədər davam edəcək
Hökumət tərəfindən təhrik olunmuş təzminatı alanların qeydiyyatı bu gündən başladı və bir iyula qədər davam edəcək

Yeni koronavirus pandemiyası nətəcəsində zərərçəkənlər üçün, Gürcüstan hökuməti tərəfindən təhrik olunmuş təzminatı alanların qeydiyyatı bu gündən başladı və bir iyula qədər davam edəcək.

Qeyd olanan məsələ ilə bağlı, Səhiyyə Nazirliyində bu gün brifinq keçirildi.

İdarənin məlumatına görə, təzminatı alan şəxslər Səhiyyə Nazirliyinin veb səhifəsinə daxil olmalıdırlar və burada qeydiyyat portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Nazirlik açıqlayır ki, portalda qeydiyyatdan keçmə öhdəliyi özlərini işlə təmin edənlərin var. Kirayə ilə işlə təmin olunanların bu öhdəliyi yoxudur.

Vergilər Xidmətində qeydə alınan və 2020-ci ilin aprelindən işsiz qalan özlərini işlə təmin edənlər, Səhiyyə Nazirliyinin https://www.moh.gov.ge/ veb səhifəsində ərizəni doldurmalıdırlar. Qeyd olunan qruplara daxildilər:

  • kiçik biznes statusu olan fiziki şəxslər
  • istehsalçı fiziki şəxslər
  • mikro biznes statusu olan sahibkarlar
  • individual sahibkarlar

Səhiyyə Nazirliyinin məlumatına görə, təzminatın alınması üçün onlara gəlirlərini təsdiq edən sənədin təqdim edilməsi lazım gəlməyəcək.

Təzminatın alınması imkanları barəsində qeyd olunan fiziki şəxslər məlumatı qarşıdakı səhifədə alırlar – eservices.rs.ge.

Bununla yanaşı, qəbul olunan ərizənin yoxlanılması və təzminatın köçürülməsi qeyddiyyatdan 10 gündən gec olamayaraq baş verəcək. Fiziki şəxs qarşıdakı məlumatı doldurmalıdır:

  • adı, soyadı və şəxsi nömrəsi;
  • əlaqə göstəricləri (faktiki yaşayış ünvanı və əlaqə telefonu);
  • bank rekvizitləri (bankın hesab nömrəsi);

Vergilər Xidmətində qeydiyyatda olmayan özlərini işlə təmin edənlər, bu gündən altı həftə ərzində Səhiyyə Nazirliyinin https://www.moh.gov.ge/ veb səhifəsində ərizəni doldurmalıdırlar və 2020-ci ilin birinci kvartalında gəlir mənbələrini təsdiq edən hər hansı sənədi təqdim etməlidirlər.

Fiziki şəxs qarşıdakı məlumatı doldurmalıdır:

  • adı, soyadı və şəxsi nömrəsi;
  • əlaqə göstəricləri (faktiki yaşayış ünvanı və əlaqə telefonu);
  • bank rekvizitləri (bankın hesab nömrəsi);

Ərizəni işlə təmin etməyə imkanlar yaradan dövlət agentliyində olan işçi qrup müzakirə edir və qərarı Səhiyyə nazirinin qərarı ilə yaradılmış idarələrarası komissiyası qəbul edir. Təzminatın köçürülməsi komissiyanın qərarından 10 gündən gec olmayaraq baş verəcək.

Əlavə məlumatı Səhiyyə Nazirliyinin qaynar xəttində almaq mükündür – 1505.