Hökumət kənd təsərrüfatı sahəsinin anti-böhran planı çərçivəsində nəzərdə tutulmuş bir neçə proqramı təsdiq etdi
Hökumət kənd təsərrüfatı sahəsinin anti-böhran planı çərçivəsində nəzərdə tutulmuş bir neçə proqramı təsdiq etdi

Gürcüstan hökuməti kənd təsərrüfatı sahəsinin anti-böhran planı çərçivəsində nəzərdə tutulmuş bir neçə proqramı təsdiq etdi.

Fermerlərin təsdiq olunmuş dəstəyi proqramları barəsində hökumət iclasından sonra, Ətraf Mühitin və Kənd Təsərrüfatı naziri, Levan Davitaşvili söhbət etdi.

“Birinci bu güzəştdir – fermerlər melorasiya vergidlərindən azad olundular. İkincisi aqro-istehsalının dövlət proqramıdır. Bu hökumətin yeni qərarıdır, yeni qrant layihəsidir, hansı da kiçik və orta fermerlər üçün çox əhəmiyyətlidir. Ümid edirəm bu layihə gələcək illərdə də mövcud olacaq. Bu bilavasitə onların rəqabət qabiliyyətləri ilə bağlıdır”, – Davitaşvili bəyan etdi.

Nazir açıqlayır ki, söhbət kiçik mexanizasiyadan gedir, 100 at gücündə olan traktor, özüyeriyən texnika, əl motobloku və ya implement.

“Burada bizim həmmaliyyələşdirməmiz 50 faizdir və fermer üçün maksimum qrant 50 000 lari ola bilər. Həmçinin bu kiçik istixana təsərrüfatının yaradılması üçün qrant həmmaliyyələşdirməsidir, şərtlər eynidir – 50 faiz və 50 000 lariyə qədər həmmaliyyələşdirmə”, – Levan Davitaşvili qeyd etdi.

Bununla yanaşı, nazirin dediyinə görə, üçüncü komponent birillik mədəniyyətlərin müasir suvarma sistemləri ilə təchiz edilməsini nəzərdə tutur və həmmaliyyələşdirmə 50 faizdir və  maksimum qrant 50 000 lari miqdarındadır.

Həmçinin nazirin bəyan etdiyinə görə, dəstək proqramı kooperativlər üçün əlavə güzəştləri nəzərdə tutur. Kooperativlər 500 ooo laridən artıq olmayaraq qrant ala bilərlər.