Hökumət administrasiyasında Nikol Paşinyanın rəsmi qarşılama mərasimi keçirildi (foto)
Hökumət administrasiyasında Nikol Paşinyanın rəsmi qarşılama mərasimi keçirildi (foto)

Hökumət administrasiyasında Ermənistan Respublikasının baş naziri, Nikol Paşinyanın rəsmi qarşılama mərasimi keçirildi.

Nikol Paşinyana hökumət administrasiyasında Gürcüstanın baş naziri, Giorgi Qaxariya ev sahibliyi etdi. Hər iki ölkənin himni yerinə yetirildi. Gürcüstan və Ermənistan baş nazirləri bir-birlərinə nümayəndə heyətinin üzvlərini təqdim etdilər.

Hökumət administrasiyasında hazırda baş nazirlərin təkbətək görüşü keçirilir. Bundan sonra genişləndirilmiş formatda danışıqlar planlaşdırılıb.

Görüşün başa çatmasından sonra, Giorgi Qaxariya və Nikol Paşinyan media üçün bəyanatlar verəcəklər.

Gürcüstana Ermənistan Respublikasının baş naziri, Nikol Paşinyanın rəsmi səfəri başladı. Nikol Paşinyan rəsmi olaraq Gürcüstana ikinci dəfə səfər edir. Ermənistan baş nazirini Tbilisi Beynəlxalq Aeroportunda Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani qarşıladı.