Hindistanda son bir gün ərzində koronavirusun 63 490 halı aşkar edildi
Hindistanda son bir gün ərzində koronavirusun 63 490 halı aşkar edildi

Hindistanda son bir gün ərzində koronavirusun 63 490 halı aşkar edildi.

Son 24 saat ərzində koronavirusdan 944 insan vəfat etdi.

Məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Səhiyyə Nazirliyinin son göstəriciləri ilə, ölkədə pandemiyanın başlanğıcından bu günə qədər koronavirusdan 49 980 insan vəfat edib.

Ümumilikdə, ölkədə virusun 2,58 milyondan artıq təsdiq olunmuş halı şakr edilib.

Koronavirus hallarının sayı ilə Hindistan ABŞ və Braziliyadan sonra üçüncü yerdədir.