Hindistanda son bir gün ərzində koronavirusa yoluxmanın rekord olaraq yüksək göstəricisi qeydə alındı
Hindistanda son bir gün ərzində koronavirusa yoluxmanın rekord olaraq yüksək göstəricisi qeydə alındı

Hindistanda son bir gün ərzində koronavirusa yoluxmanın rekord olaraq yüksək göstəricisi qeydə alındı. Son 24 saat ərzində koronavirus 77 266 insanda təsdiq olundu.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusun 3 milyon 39 min halı aşkar edilib. Cəmi 61 529 insan vəfat edib.

Koronavirusun yayılması göstəricisi ilə, Hindistan ABŞ-dan və Braziliyadan sonra üçüncü yerdədir.