Hindistanda son 24 saat ərzində koronavirusun 18 522 yeni halı aşkar edildi
Hindistanda son 24 saat ərzində koronavirusun 18 522 yeni halı aşkar edildi

Hindistanda son 24 saat ərzində koronavirusun 18 522 yeni halı aşkar edildi.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, Hindistanda pandemiyanın yayılmasından bu günə qədər “COVID-19”-un 550 522 halı qeydə alınıb. 16 mindən artıq insan vəfat edib. 320 min pasiyent sağalıb.

Hindistan baş nazirinin qərarı ilə, ölkədə sərtləşdirilmiş tədbirlərin yüngülləşdirilməsi başladı. Lakin məktəblər, idman zalları və barlar yenə bağlıdır.