Hindistanda son 24 saat ərzində koronavirusdan 613 insan vəfat etdi
Hindistanda son 24 saat ərzində koronavirusdan 613 insan vəfat etdi

Hindistanda son bir gün ərzində koronavirusun rekord göstəricisi qeydə alındı. Son 24 saat ərzində ölkədə “COVID-19” diqanozu 24 850 insanda təsdiq olundu.

Cəmi Hindistanda koronavirusun 673 165 halı qeydə alınıb. Bu göstərici ilə ölkə ABŞ, Braziliya və Rusiyadan sonra dördüncü yerdədir.

Hindistanda son 24 saat ərzində koronavirusdan 613 insan vəfat etdi. Cəmi vəfat edənlərin sayı isə, 19 268-i təşkil edir. 409 083 pasiyent sağalıb.