Hindistanda son 24 saat ərzində koronavirusa 83 809 insan yoluxdu, 1 054 pasiyent vəfat etdi
Hindistanda son 24 saat ərzində koronavirusa 83 809 insan yoluxdu, 1 054 pasiyent vəfat etdi

Hindistanda son 24 saat ərzində koronavirusa 83 809 insan yoluxdu. Məlumatı ölkənin Federal Səhiyyə Nazirliyi yayır.

Virusun yayılması göstəriciləri ilə, Hindistan ABŞ-dan sonra dünyada ikinci yerdədir.

Son bir gün ərzində ölkədə koronavirusdan 1 054 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Hindistanda koronavirusa ümumilikdə 4 milyon 930 mindən artıq insan yoluxub, 80 776 insan vəfat edib.