Hindistanda bir gündə koronavirusun 90 632 yeni halı aşkar edildi
Hindistanda bir gündə koronavirusun 90 632 yeni halı aşkar edildi

Hindistanda son 24 saat ərzində koronavirusun 90 632 yeni halı aşkar edildi. Məlumatı “Qardian” yayır.

Pandemiyanın başlamasından bu günə qədər, Hindistanda koronavirusa ümumilikdə 4,1 milyondan artıq insan yoluxub, 70 626 insan vəfat edib.

Yerli həkimlərin dediyinə görə, ölkənin bəzi bölgəsində koronavirusun ikinci dalğası başlayıb.

Koronavirus hallarının sayı ilə Hindistan dünyada üçüncü yerdədir.